
Almaniyanın "Hamburq" klubunun azarkeşləri 7 illik fasilədən sonra Bundesliqaya qayıdışı kütləvi şəkildə qeyd ediblər.
Sportnet.az xəbər verir ki, II Bundesliqanın XXXIII tur oyununda "şəhərlilər" doğma meydanda "Ulm"u 6:1 hesabı ilə yenərək, ən azı ikinci yeri və birbaşa elitaya vəsiqəni təmin ediblər.
Final fitindən sonra azarkeşlər tribunadan çıxaraq meydanı tamamilə doldurublar.