
Bəhreynin paytaxtı Manamada keçirilən və 160-dan çox milli federasiyanın iştirak etdiyi "FIBA Mid-Term Congress 2025"də beynəlxalq basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir.
Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.