
Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri yarışda 17 medal qazanıb.
Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl, Ammar Baxşalıyev qızıl və bürünc medal əldə edib.
Muhamməd Həsənli gümüş, Nikita Koleşnikovla Fərhad Vəliyev isə gümüş və bürünc medala layiq görülüb. Aylin Ağazadə və Ayan Şabanova yarışı bürünc medalla başa vurublar.
Tamblinq yarışında Sənan Rzazadə ilə Tofiq Əliyev qızıl, Aleksey Karataşovla Mehdi Əliyev gümüş, Adil Hacızadə isə bürünc medal qazanıb.