
Leonardo Bonuççi futbolçu karyerasının xeyli hissəsini keçirdiyi İtaliyanın "Yuventus" klubuna qayıtmaq istəyir.
Sportnet.az insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 38 yaşlı veteran futbolçu klubun akademiyasında çalışa və ya əsas komandanın məşqçilər korpusunun üzvü ola bilər.
Onun "Yuventus"la bu istiqamətdə danışıqlara başladığı bildirilib.
Qeyd edək ki, L.Bonuççi 2023-cü ildə "Yuventus"dan ayrılıb və bir il sonra futbolçu karyerasını başa vurub. O, hazırda İtaliyanın gənclərdən ibarət yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.