
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında XXXIII tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Stal Melets" komandası olub.
Melets şəhər stadionunda təşkil olunan görüş heç-heçə ilə yekunlaşıb - 2:2.
Dadaşov oyuna 72-ci dəqiqədə daxil olub.
Bu nəticə ilə "Radomyak" xalını 41-ə çatdıraraq, 12-ci pillədə qərarlaşıb.