
Almaniyanın "Bayer" klubunun baş məşqçisi Xabi Alonso İspaniya "Real Madrid"i ilə 2028-ci ilədək müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano X sosial şəbəkəsində bildirib.
O, ispaniyalı mütəxəssisin 15 iyun - 13 iyulda ABŞ-də keçiriləcək klublararası dünya çempionatından yeni işinə başlayacağını yazıb.
"Bayer" Alonsonun 2022-ci ildən rəhbərlik etdiyi komandadan cari mövsümün sonunda ayrılacağını ötən həftə açıqlayıb. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında Leverkuzen təmsilçisi ötən mövsüm Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.