
"Qarabağ" futbol klubunun 2024-cü il üzrə maliyyə hesabatı açıqlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ötən ili 876,9 min manat zərərlə başa vurub.
"Qarabağ"ın ümumi gəlirləri 34 milyon 754 min manat olub. Bunlardan 28 milyon 155 min manatı nümayiş hüququndan, 3 milyon 560 min manatı Futbolun İnkişafı Fondundan daxilolmalar, 1 milyon 742 min manatı bilet satışından, 831 min manatı sair gəlirlərdən, 466,1 min manatı isə sponsor və reklamlardan formalaşıb.
"Köhlən atlar"ın 2024-cü ildəki xərcləri 35 milyon 612,5 min manat təşkil edib. Bunun 20 milyon 648 min manatı əmək haqqı və mükafat xərcləri, 11 milyon 831 min manat digər xərclər, 2 milyon 561 min manatı qeyri-maddi aktivlərin köhnəlməsi, 421,6 min manatı əsas vəsaitlərin amortizasiyası, 114,8 min manatı isə agentlərə ödənilmiş məbləğlərdən formalaşıb.
"Qarabağ" ötən il 47 milyon 27 min manat cəmi aktivlərə və öhdəliklərə malik olub. Klubun aktivləri və öhdəlikləri son bir il ərzində 17 milyon 992 min manat çoxalıb.