
İngiltərənin "Bornmut" klubunun futbolçusu Din Höysen İspaniya "Real Madrid"i ilə 2030-cu ilədək müqavilə bağlayacaq.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra martın 22-də sözləşməyə imza atacaq.
1,97 metr boya malik ispaniyalı stopperin mövsümlük əmək haqqı 9 milyon avro təşkil edəcək. Lakin sonradan maaş nəticələrdən asılı olaraq, 11 milyon avroyadək arta bilər.
İngiltərə klublarının Höysenə daha yüksək ödəniş etməyə hazır olduqları, lakin "kral klubu" rəhbərliyinin onu və ətrafını bu keçidin perspektivinə inandırdıqları bildirilir.
Qeyd edək ki, Niderlandda doğulmuş Din Höysen narıncı formanı U-17, U-18 və U-19 yığmalarında geyinib. Lakin sonradan o, İspaniyanın U-21 və əsas millilərinin şərəfini qoruyub. bu mövsüm Höysen bütün turnirlərdə 34 oyuna 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.