1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ADBTIA və AzVİF arasında memorandum imzalandı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) ilə mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən əməkdaşlıq haqqında memorandum imzalanıb. Sportnet.az-ın məlumatına görə, sənədə ADBTİA-nın rektoru Fuad Hacıyev və AVİF-in vitze-prezidenti Sahib Ələkbərov imza atıblar.
Tərəflər memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin Federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər.
Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunmuşdur.
Bundan əlavə, sənəddə tərəflərin birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur.
Memorandum bir sıra istiqamətlər üzrə sıx əməkdaşlığı nəzərdə tutur. Ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini nəzərə alınıb.