
"Bakı 2015" I Avropa Oyunlarında idman gimnastikasında komanda yarışlarının qalibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həm kişi, həm də qadınların yarışında Rusiya qızıl medalları aktivinə yazdırıb.
Azərbaycanın qadın gimnastları komanda yarışlarında 4-cü olub. Kişilərdən ibarət komanda isə 13-cü pillədə qərarlaşıb. Qadın komandasında Petro Pakhnyuk, Eldar Səfərov və Oleq Stepko, qadınlardan isə Yuliya İnşina, Marina Nekrasova və Kristina Pravdina çıxış edib.