1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Ümidvaram ki, Avropa Oyunları müvəffəqiyyətlə keçiriləcək"
Bakı-2015 Avropa Oyunlarını səbirsizliklə gözləyən Avropa Velosiped İdmanı İttifaqı (UEC) Tur d Azerbaijan-ın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Sportnet.az-ın xəbərinə görə, UEC-in prezidenti Devid Lappartient "Bakı şəhərinin gözəlliyi” barədə məlumat verib.
O, əlavə edib ki, yarışın marşrutunun növbəti ilin Avropa Oyunlarında da nəzərə alınacağına ümid bəsləyir. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) velosipedçilərin vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə müfəssəl müzakirələr aparır və marşrutun tezliklə təsdiq ediləcəyinə ümid bəsləyir. Azərbaycan Velosiped İdmanı Federasiyasına ünvanladığı məktubda Lappartient yazıb: "UEC-in adından 2014-cü il Azərbaycan Turunun əla təşkil olunmasına görə sizi ürəkdən təbrik etmək istəyirəm. Vurğulamaq istəyirəm ki, ‘Eurosport’ televiziya kanalı tərəfindən yayımlanan təsvirlərdə Bakı şəhərinin gözəlliyi ilə birlikdə onun müasir və modern tərəfləri ön plana çəkilərək diqqətə çatdırılmışdır və biz ətrafına qala divarları ilə çəkilmiş şəhəri, Şirvanşahlar Sarayını, onun minillik tarixini əks etdirən möhtəşəm yerləri kəşv edəcəyimizə əmin ola bilərik".
Lappartient deyib ki, sözügedən marşrut Bakı-2015 Avropa Oyunlarında bir daha istifadə olunacaq ki, bütün iştirakçılar Bakını kəşf edə və Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini verə bilsinlər”.
Eyni zamanda, o, BEGOC kollektivinə uğurlar diləyib: "Ümidvaram ki, Avropa Oyunları Azərbaycanda müvəffəqiyyətlə keçiriləcək və yüksək uğur qazanacaq”.
Qeyd edək ki, Tur d Azerbaijan 5 mərhələdən ibarət olub və 23 ölkənin 25 komandasını təmsil edən 150 idmançını əhatə edib. Azərbaycanın yeddi rayonundan keçən yarış mayın 11-də Bakıda başa çatıb. Qalib Rusiyanın RusVelo komandasının üzvü İlnur Zakarin olub. Avropa Oyunlarında velosiped idmanı növlərinə BMX, dağ velosiped, vaxt və məsafə ilə ölçülən velosiped idmanı yarışları daxildir. BEGOC-un idman dirktoru Piers O Kallaqan deyib: "Azərbaycan Turu ölkənin gözəlliyini və Bakının ən yaxşı cəhətlərini dünyaya nümayiş etdirən effektli və parlaq bir yarış olub. Biz vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində işləyirik və Lappartientin Azərbaycan Turu ilə bağlı söylədiyi xoş sözləri nəzərə alacağıq”.