Azərbaycan
milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki "Qarabağ”ın Fransadakı mücadiləsini canlı izləyib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA Avropa
Liqasında keçirilmiş "Sent-Etyen” – "Qarabağ” qarşılaşmasını izləyən mütəxəssis
fikirlərini bildirib.
O, azərbaycanlı futbolçuların çıxışını bəyəndiyini deyib: "Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq
baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış
etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam
ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək
məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda
keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |