İtaliyanın 3 klubu bankrot elan olunub. Sportnet.az-ın məlumatına görə, bunlar "Recina", "Vareze" və "Venetsiya"dır.
Klublar yeni mövsüm öncəsi maliyyə problemlərini həll edə bilməyiblər. Alıcı tapa bilsələr, komandalar İtaliya D seriyasında mübarizəyə başlaya bilərlər.
Qeyd edək ki, "Recina" 1999 - 2009-cu illərdə A seriyasında çıxış edib.