
Markeviç qarşıdakı oyunlarda qrupdan növbəti mərhələyə vəsiqə məsələsinin son turda elə "Sent Etyen"lə matçda həll olunacağını deyib. Bununla da baş məşqçi 2-ci yer uğrunda mübarizənin elə Fransa və Ukrayna təmsilçiləri arasında gedəcəyinə işarə vurub: "Qarşıda bizi "Qarabağ"la 2 vacib oyun gözləyir. Amma hər halda düşünürəm ki, hər şeyə axırıncı turda aydınlıq gələcək".
Qeyd edək ki, "Dnepr"lə "Qarabağ" arasındakı il görüş oktyabrın 23-də Kiyevdə, təkrar qarşılaşma isə noyabrın 6-da Bakıda olacaq.