
Türkiyə I Liqasının V turunda "Qaziantep BB" və "Elazığspor" komandaları arasında keçirilmiş oyunda üst-üstə 4 azərbaycanlı futbolçu meydana çıxıb. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərindən start heyətində Ufuk Budak, qonaqlardan isə Cavid İmamverdiyev yer alıb.
İmamverdiyev 80 dəqiqə, Budak sonadək meydanda olub. "Qaziantep BB"dəki digər həmyerlilərimizdən Vaqif Cavadov 72-ci, Rəhman Hacıyev 85-ci dəqiqədə meydana çıxıb. Görüş isə heç-heçə nəticələnib. "Elazığspor"un ilk qolunu 38-ci dəqiqədə İmamverdiyev vurub. O, rəqib qapıçının səhvindən sonra topu ələ keçirərək tora göndərib.
Qeyd edək ki, "Neftçi"dən icarəyə götürülən Cavid İmamverdiyev ötən tur "Orduspor"la qarşılaşmada da bir qol vurub.