1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisi Qurbanova tapşırılır - EKSKLÜZİV
Azərbaycan milli komandasının yeni baş məşqçisinin kimliyi ilə bağlı məsələyə böyük ölçüdə aydınlıq gəlib. Sportnet.az-ın AFFA-dakı mənbələrdən əldə etdiyi özəl məlumata görə, millimizi noyabrın 16-da Norveçlə AVRO-2016-nın növbəti seçmə matçına köməkçi-məşqçi Mahmud Qurbanov hazırlayacaq.
Amma digər variantlar da nəzərdə keçirilir. İstənilən halda yeni baş məşqçinin yerli mətəxəssis olacağına şübhə yeri qalmayıb. Hazırda əsas namizəd kimi "Qarabağ"ın sükanı arxasındakı Qurban Qurbanov göstərilir. Lakin Qurbanov Ağdam komandasını asanlıqla tərk etmək niyyətində deyil. Güman edilir ki, ali səviyyədə aparılacaq müzakirələrdən və 42 yaşlı mütəxəssisə lazımı şəraitin yaradılacağına təminat verildikdən sonra bu məsələ həllini tapa bilər.
Hazırda Qurbanovun tərəddüd etdiyi əsas məsələ millidə "Qarabağ"dakı kimi uğurlu nəticələrə imza atıb-atmayacağı ilə bağlıdır. Xüsusən yığmamızın qarşısına qoyulan vəzifə - AVRO-2016-nın seçmə mərhələsində qrupu 3-cü pillədə başa vuraraq "pley-off" mərhələsinə vəsiqə qazanmağın çətinliyi gənc mütəxəssisi dilemma qarşısında qoyub. O, işlərinin qaydasında getdiyi və çox öyrəşdiyi klubdakı postunu itirmək istəmirik. Amma yüksək səlahiyyətli şəxlərin təklifləri qarşısında Qurbanovun millinin baş məqşçisi olmağa razılaşacağı şübhə doğurmur. Hər halda "Qarabağ"ın Avropa Liqasında qrup mərhələsindəki nəticəsi də bu məsələdə az rol oynamayacaq.
Qeyd edək ki, millimizin baş məşqçi postu ilk turdakı uğursuzluqla əlaqədar Berti Foqtsun istefasından sonra boşalıb.