1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şaxta baba və passiv Foqts
Bəli. Nəhayət, Azərbaycanın bütün futbol ictimaiyyətinin gözlədiyi an gerçəkləşdi: Berti Foqts istefa verdi.
Məncə, bu addım xeyli öncədən atılmalı idi. Çünki dəfələrlə güçlü arqumentlərlə vurğulayırdım ki, Foqtsun Azərbaycan yığma komandasını çalışdırması yalnız və yalnız ölkə üçün vaxt itkisindən başqa bir şey deyil. Amma təəssüf ki, AFFA yetkililəri mənim bu çağırışlarıma qulaq asmadılar.
Hələ ötən il onunla müqavilə uzadılmamalı idi. Çünki Türkiyədə bir söz var: ''Pərşəmbənin gəlişi çərşəmbədən bəllidir" ("Cümə axşamının gəlişi çərşənbədən bilinər"). Mən Foqtsun Azərbaycana heç bir xeyir verə bilməyəcəyini onun ilk ilindəcə gördüm və bunu tutarlı arqumentlərlə əsaslandırdım. Yəni, o, bir dəfə də öz işinə sevgi və həyəcanla yanaşmadı, uğur qazanmaq üçün can yandırmadı. Azərbaycanda olması lazım gəldiyi halda, düzgün seleksiya aparması üçün yetərincə matç izləmədi və vaxtının çoxunu Almaniyada keçirdi.
Qısası, o, "Azərbaycan futboluna nəsə verim" yox, "Maddi anlamda nəsə qoparım" fikri ilə hərəkət edirdi. Yadınızdadır, onun bu passivliyini çox tənqid etmişdim. ''İndiyədək, yəni onun rəhbərlik etdiyi 6 ildə Azərbaycan futbolunun başına bir Şaxta baba buraxsaydılar, onun qədər nəticə alardı'' demişdim.
Məncə, burada AFFA yekililərinin səhvi də az deyildi. Yəni, Foqtsun bu passivliyini görüb onunla xeyli öncədən yollarını ayırmalı idilər. Nə isə...
Olan-oldu, keçən-keçdi. İndi Azərbaycan futbolu irəliyə baxmalıdır və məncə, yerli mütəxəssisə şans verilməlidir. Mövqeyimi Azərbaycanda hamı bilir: hər zaman yerli futbolçuların yığmada oynamalarını istəmişəm. Amma digər ölkələrin də idman siyasətlərini yaxşı analiz etmək lazımdır. Heç kim almanlardan çox millətçi ola bilməz. Lakin onlar belə çox rasional və praqmatik qərarlar verə bildilər və son dünya çempionu oldular.
Mən azərbaycanlı uşaqların yığmada oynamalarının tərəfdarıyam. Amma fikrimcə, hazırda Azərbaycanda ciddi uğurlara imza atmaq üçün yetərincə qabiliyyətli yerli futbolçular azdır. Bu üzdən, çox keyfiyyətli əcnəbi futbolçulardan da yararlanmaq lazımdır. Xüsusən, Azərbaycan klublarında oynayan səviyyəli legionerləri də milliləşdirməkdə fayda olacağını düşünürəm. Müəyyən müddətdən sonra yavaş-yavaş bu rəqəmi azaltmaq və daha irəli dövrdə tamamilə yerlilərə yönəlmək lazımdır.
"Neftçi" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində səviyyəli legionerlərin böyük köməyi oldu. Bunu heç kim inkar edə bilməz. O mənada Azərbaycan Premyer Liqasındakı keyfiyyəli legionerlərin milliləşdirilməsi hazırkı mərhələdə faydalı olacaq. Unutmayın, Almaniya yığması Məsut Özil, Sami Xedira, Miroslav Kloze, Lukaş Podolski kimi qeyri-alman futbolçuların köməyi ilə dünya çempionu oldu.
Sevgi və sayqılarımla
Naci ŞENSOY