
"Hücumçumuz Roman Zozulya "Qarabağ"la oyuna hazır olacaq. O, intensiv terapiya alır". Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna mətbuatına açıqlamasında çempionatın lideri "Dnepr"in həkimləri deyiblər.
Tibbi personal bildirib ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində oktyabrın 23-də "Qarabağ"ı Kiyevdə qəbul edəcək dnepropetrovsklular hücum xəttində Zozulyadan istifadə edə biləcəklər.
Qrup mərhələsində geridə qalan 2 turdan sonra hər iki komandanın aktivində 1 xal var. Bakıda "Qarabağ"la qolsuz heç-heçəyə razılaşan "Sent Etyen" eyni ssenarini Fransada "Dnepr"lə də təkrarladı.
Qeyd edək ki, "Olimpiyski" stadionunda keçiriləcək "Dnepr" - "Qarabağ" matçı Bakı vaxtilə saat 00:05-də start götürəcək.