
Sabah Avroliqanın qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək Ukrayna "Dnepr"i Kiyevdə bu gün olacaq. Sportnet.az-ın məlumatına görə, Dnepropetrovsk klubu paytaxta 20 futbolçu ilə yollanıb.
Baş məşqçi Miron Markeviç sabiq "Qarabağ"lı yarımmüdafiəçi Sergey Kravçenkonu da ağdamlılarla oyun üçün Kiyevə aparır. Əvəzində zədədən yeni qayıtmış Roman Zozulya və əsas heyətə düşə bilməyən Leo Matosla Sergey Politılo kənarda qalıb.
Qapıçılar: Boyko, Laştuvka, Şelexov.
Qapıçılar: Boyko, Laştuvka, Şelexov.
Müdafiəçilər: Çeberyaçko, Mazux, Duqlas, Striniç, Fedetski, Luçkeviç, Miqunov.
Yarımmüdafiəçilər: Rotan, Konoplyanka, Kravçenko, Şaxov, Kankava, Bartuloviç, Blizniçenko, Qama.
Hücumçular: Seleznyov, Kalniç.
Qeyd edək ki, "Dnepr"lə "Qarabağ" arasında Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək matç oktyabrın 23-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 24 oktyabr saat 00:05-də) start götürəcək.














































































