- Meydanın mərkəzində "Dnepr" inamsız təsir bağışlayırdı. Bu, nəyə görə belə idi?
- Bu gün ümumiyyətlə, oyunumuz alınmadı. Demə bilmərəm ki, biz uduzmaq üçün oynayırdıq, amma planlaşdırdığımız kimi çıxış etmədik. O cümlədən, meydanın mərkəzində. Bizdə nə isə başqa cür alındı. Üstəlik, qol buraxdıq, "Qarabağ" isə "aşağı oturdu". Bu səbəbdən, onların müdafiəsini yarmaq çətin idi.
- Baş məşqçi Miron Markeviç dedi ki, komandası istəklə uduzdu. Razısınız?
- Bilmirəm. Bəlkə kənardan belə görünürdü. Oyuna köklənmişdik və matçın vacibliyini bilirdik. Hamının istəyi var idi. Amma nəsə başqa cür oldu. Əlbəttə, biz günahkarıq.
- Elə isə niyə oyununuz alınmadı?
- Nəticə alınmadı. Nəticə qələbə olduqda, hər şeyin üstü örtülür. 0:1 hesabı ilə uduzduq. 3 oyun dalbadal qol vura bilmərik. Nə deyə bilərəm? Pis oynadıq.
- Razıyam. Biz pis oynadıq. Bu, birmənalıdır. Yumşaq desək, anlaşıqsız oynadıq. Oyundan sonra nəyisə analiz etmək çətindir.