1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Danışılmış oyun belə olar
Belarus çempionatının "Qomel" - "Naftan" matçı ləğv olunub. Sportnet.az-ın məlumatına görə, buna bukmeyker kontorlarında əmsalların iti sürətlə dəyişməsi və pul qoyuluşu birjalarına ciddi məbləğdə pul yatırılması səbəb olub.
Matçın keçirildiyi oktyabrın 26-da səhər tezdən qomellilərin təmiz qələbəsinə Belarus kontorları və Avropanın digər ölkələrində əmsal 2,3 - 2,55 təşkil edib. Oyunun başlamasına 3 saat qalmış isə maksimal əmsal 1,69 olub. Daha sonra əmsal elə sürətlə enməyə başlayıb ki, bir çox kontor matçı siyahısından çıxarıb və onlayn rejimdə pul qoyuluşları xətti açmayıb. Adətən, belə tendensiyalar bir komandanın digərinə layiqli müqavimət göstərəcəyinə şübhələr yaradır.
Ən nüfuzlu birjalardan olan "Betfair"də "Qomel" - "Naftan" matçına tələb çempionatın digər qarşılaşmalarından yüksək olub. Oyuna 2 saat qalmış birja 50 min dollaradək məbləğ qeydə alıb. Bunun 95 faizi "Qomel"in xeyrinə olub. Halbuki həmin klub çempionatın ikinci mərhələsində 1 xal belə toplamayıb.
Qeyd edək ki, oyun "Naftan"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.