FİFA dünya futbolundakı danışılmış oyunlarla daha ciddi mübarizəyə başlamaq niyyətindədir. Sportnet.az-ın məlumatına görə, bu kampaniyaya İnterpoldan olan mütəxəssislər də cəlb olunacaq.
Müvafiq qərar FİFPronun Yaponiyanın paytaxtı Tokioda keçirilən konqresində qəbul edilib. İnterpol mütəxəssisləri indiyədək nəticəsi əvvəldən məlum olan matçlara çıxma təklifi alan məşhur futbolçuların video-müraciətlərindən ibarət xüsusi DVD-disk hazırlayıblar. Onların arasında İngiltərə "Liverpul"unun müdafiəçisi Kolo Ture və "Mançester Siti"nin xavbeki Frenk Lempard da var.
FİFA və İnterpolun birgə kampaniyasının məqsədi futbolçuları danışılmış oyunlara cəlb olunmanın təhlükəsindən daha çox məlumatlandırmaqdır.