“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qarabağ”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı çox vacib xal qazandıqlarını bildirib:
“Futbolçulara təşəkkür etmək istəyirəm. Onlar da başa düşürdülər ki, bizim üçün vacib oyun idi. Çox vacib xal qazandıq. “Qarabağ” son dövrlərdə bu qədər güclü heyətlə meydana çıxmamışdı. Belə yüksək səviyyəli komandaya qarşı oynamaq çox xoş idi. Həmçinin, belə dolu tribunalar qarşısında çıxış etmək futbolçulara əlavə motivasiya vermişdi. Çox yaxşı komandaya qarşı oynadıq. “Qarabağ” UEFA Çempionlar Liqasında uğurlu çıxış etdi. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir.
Milli fasilədən sonrakı oyunlarımızı yaxşı keçirmişik. Futbolçularım hər bir oyunda xarakter nümayiş etdirib. Qarşıda iki oyunumuz var və onlara hazırlaşacağıq”.
“Qəbələ” növbəti turda “Karvan-Yevlax”ın qonağı olacaq.




















































































