1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədovdan baş məşqçi açıqlaması
Azərbaycan milli komandasının yeni baş məşqçisi ilin sonunadək açıqlanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, hazırda AFFA rəhbərliyinin tapşırığına əsasən, namizədləri nəzərdən keçirilir, danışıqlar və müzakirələr aparılır. Bundan sonra həmin namizədlər AFFA İcraiyyə Komitəsinə təqdim olunacaqlar: "Təbii ki, komitədə də müzakirələr aparılacaq və müvafiq qərar qəbul ediləcək. Çox güman ki, bu qərar ilin sonunadək veriləcək”.
Məmmədovun sözlərinə görə, hazırda danışıqlar xarici mütəxəssislərlə aparılır: "Baş katibliyin işi odur ki, siyahını hazırlasın. Obyektiv fikirləri yazaq, məlumatlandıraq. İndiyədək müxtəlif namizədlərlə görüşlər keçirilib. Bəziləri artıq özləri də danışıqların aparıldığını elan ediblər. Digərləri isə xahiş ediblər ki, danışıqlar məxfi saxlanılsın. Biz də bunu nəzərə alaraq, etika xatirinə məxfiliyi qorumalıyıq. Robert Prosineçki ilə bağlı məlumat vermişdik. Onunla görüş olub, amma tanışlıq xarakteri daşıyıb. Bundan başqa təqribən 16 nəfərlə görüşümüz olub”.
Baş katib namizədlər qarşısında müəyyən tələblər qoyduqlarını da nəzərə çatdırıb: AFFA rəhbərliyinin tələbi, standartları var. Bunu həmin mütəxəssislərlə görüşəndə ilk mərhələdə çatdırırıq. Tələblərdən biri budur ki, əcnəbi baş məşqçi burada yaşamalıdır. Bu, başlıca tələbimizdir. Burada yaşamayacağını və ayda bir-iki həftə Bakıda olacağını deyən mütəxəssislərlə danışıqlar aparılmır. Tələblər görüşdən öncə onların nəzərinə çatdırılır. Bununla bağlı mənfi rəy gəlirsə, heç onunla görüş keçirilmir. O mütəxəssislərlə görüş keçirilir ki, burada daimi yaşamağa hazırdırlar”.
Son günlər millimizə rəhbərlik edəcəyi bildirilən Marko Tardelliyə gəldikdə, Məmmədov bu sualı cavabsız qoyub: "Bu barədə heç nə deyə bilmərəm”.