İspaniya 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daha bir vəsiqə qazanıb
Sportnet.az xəbər verir ki, əlavə yer “Rayo Valyekano”nun UEFA Konfrans Liqasının yarımfinalında “Strasburq”u 1:0 hesabı ilə məğlub etməsindən sonra rəsmiləşib.
Xatırladaq ki, Çempionlar Liqasının 36 komandaya qədər genişləndirilməsindən sonra ümumi mərhələyə iki əlavə vəsiqə əvvəlki mövsümdə UEFA əmsallar cədvəlində klubları ən çox xal toplamış ölkələrə verilir.
Daha əvvəl Çempionlar Liqasına əlavə yer İngiltərəyə verilmişdi.
Qeyd edək ki, İspaniya La Liqasında sona dörd tur qalmış ilk dördlükdə “Barselona” (88 xal), “Real Madrid” (77), “Vilyarreal” (68) və “Atletiko Madrid” (63) qərarlaşıb. 5-ci pillədə 53 xalla “Betis”, 6-cı yerdə isə 47 xalla “Selta Viqo” yer alır.




















































































