1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın "Sent-Etyen"dən öndə olması ədalətlidir"
"Bizi 3 vacib oyun gözləyir. "Qarabağ"la görüş isə həlledici və nokaut xarakterlidir". Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Sent-Etyen"inin futbolçusu Jeremi Kleman klubun rəsmi saytına müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, Fransa çempionatında noyabrın 23-də "Nant"la səfər, bundan bir həftə sonra "Lion"la ev qarşılaşmalarından əlavə, noyabrın 27-də Azərbaycan təmsilçisi ilə keçirəcəkləri Avropa Liqasının V tur matçı da böyük oyundur. Onun fikrincə, "Qarabağ"ın F qrupunda 4 turdan sonra "Sent Etyen"dən öndə olması ədalətlidir.
Kleman çempionatda yaranan fasilənin "Sent-Etyen"in xeyrinə olduğu qənaətindədir: "Avroliqada 2 həlledici görüşümüz qalıb. Amma indi yalnız "Nant"la matçı düşünürük. Yığmaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçımız olacaq. 3 gündə bir oyun keçirəndə bərpa üçün xeyli vaxtımız gedir və topla məşqə çox az vaxtımız qalır. Yığmanın oyunundan bir həftə sonra oynamağımız isə bizə yenidən enerji toplamaq imkanı verəcək. Bu, hamı üçün sərfəlidir. Qısa fasilələrlə oyunlar isə yorğunluğa zədələri də əlavə edir. Həftəiçi keçirilən matçlarda da hətta qüvvən azalsa belə, udmağı bacarmaq lazımdır".
Qeyd edək ki, Avroliqada 4 turdan sonra F qrupuna 8 xalla "İnter" başçılıq edir. Hərəyə 4 xala malik "Dnepr", "Qarabağ" və "Sent-Etyen" isə sonrakı 3 yeri bölüşürlər.