"Bizim növbəti mərhələyə keçmək kimi çox böyük arzumuz var idi. Təəssüf ki, alınmadı. Amma mən "Qarabağ"ın oyunu ilə fəxr edirəm. Azərbaycanın başı uca oldu. Doğrudan da klubumla fəxr edir, qürur duyuram". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İtaliya "İnter"i ilə Avropa Liqasının VI tur matçından sonra deyib.
O, son saniyələrdə komandasının qolunun sayılmamasından təəssüfləndiyini bildirib: "Həmin qolun əyləşdiyimiz yerdən ofsayd olub-olmadığını görə bilmədim. Hakim əvvəlcə mərkəzi göstərsə də, sonradan qərarını dəyişdi. Təəssüflər olsun. Baxacaq, bunun davamını gətirəcəyik".
Gözəl növbəti mövsümdə daha uğurlu nəticələr göstərməyə çalışacaqlarını bəyan edib: "Bu, futboldur, çalışdıq, əlimizdən gələni etdik. Hesab edirəm ki, bu oyunda ən gözəl epizodları "Qarabağ" yaxaladı. Oyunumuzla Avropanın, dünyanın təqdirini qazandıq. Amma alınmadı. İnşallah, önümüzdəki mövsümdə də "Qarabağ" uğurlu oyunlarını davam etdirəcək. Azərbaycanın başı dikdir. Belə də davam edəcəyik".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |