1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu Platininin əlini sıxmadı - QALMAQAL
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu klublararası dünya çempionatının yekunları ilə əlaqədar mükafatlandıırma mərasimi zamanı UEFA prezidenti Mişel Platininin əlini sıxmayıb. Sportnet.az-ın məlumatına görə, Argentinanın "San-Lorenso" komandası üzərində 2:0 hesablı qələbə qazandıqları qarşılaşmanın ardından portuqaliyalı hücumçu medal təqdimatı zamanı Platininin yanından keçib.
Daha öncə UEFA başçısı bildirib ki, "Qızıl top-2014"ün sahibi Almaniya yığmasının oyunçusu ola bilər. Bu mükafata namizədlər arasında Ronaldu və "Barselona"nın hücumçusu Lionel Messidən əlavə, Almaniya millisinin qolkiperi Manuel Noyer də var.
Qeyd edək ki, klublararası dünya çempionatının ən yaxşı futbolçusu adına "Real Madrid"in müdafiəçisi Serxio Ramos layiq görülüb. İlk qolu da 37-ci dəqiqədə məhz Ramos vurub. Daha bir qolun müəllifi 51-ci dəqiqədə Qaret Beyl olub. Kriştianu Ronaldu isə iki klubun heyətində bütün mümkün kubokları qazanan futbolçuya çevrilib.