
Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin yeni klubu "Kayserispor" Beşiktaş"ı qəbul edib.
Kayseridəki "Kadir Has" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 38-ci dəqiqədə Anıl Taştemir penaltidən vurub. Ağayev 90 dəqiqə meydanda olub. O, 2 təhlükəli zərbəni yumruqları ilə dəf etməklə yanaşı, sonuncu dəqiqədə sarı vərəqə alıb. Bu qələbə sayəsində "Kayserispor" 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin də "Manisaspor"un heyətində növbəti mərhələyə vəsiqə şansı var. Onun komandası bu gün "Tuzlaspor"un qonağı olacaq.