Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib İsveçrənin "Benfika” (Sürix) komandası olub.
Amma bu "Benfika” heç də Portuqaliyanın məşhur klubundan qat-qat zəif təsir bağışlayıb. İlk dəqiqələrdən hücuma atılan yığma üzvləri artıq 2-ci dəqiqədə hesabı açıblar. İlk yarının ortalarınadək hesab 4:0 olub. Daha 5 qol isə fasilədən sonra vurulub. Üstəlik, baş məşqçi Təbriz Həsənovun komandası penaltilərdən birini yerinə yetirə bilməyib.
Görüşü idarə edən ukraynalı qadın referi hər iki komandanın bir oyunçusunu meydandan qovub. Amma "Sürix”in qırmızı vərəqə alan futbolçusunu, qarşılıqlı razılıq əsasında komanda yoldaşı əvəzləsə də, Həsənov heç bir dəyişiklik etməyib və milli komandanın son 13 dəqiqəni azlıqda keçirməsinə qərar verib.
Qeyd edək ki, görüşü AFFA Məşqçilər Komitəsi üzvlərindən Ağasəlim Mircavadov izləyib.
AZƏRBAYCAN – "Benfika” (Sürix, Portuqaliya) – 9:0
Qollar: Fərid Nəbiyev, 2. Anıl Cilaz, 8. Pilağa Mehdiyev, 22. Bahadur Həziyev, 23. 9. Elvin İmanlı, 53. İbrahim Qədirzadə, 56; 59. Elçin Əsədov, 62 – pen.; 66.
Qırmızı vərəqə: Tural Əjdərli, 77 (Azərbaycan)
AZƏRBAYCAN: 22. Məmməd Hüseynov, 19. Aslan Bədəlzadə, 3. Aqşin Hüseynov, 5. Elçin Əsədov, 4. Yusif Həsənov, 21. Anıl Cilaz, 15. Ceyhun Muxtarlı, 17. Bahadur Həziyev, 7. Fərid Nəbiyev, 10. Pilağa Mehdiyev, 11. Cavidan Qasımov
Ehtiyat oyunçular: 9. Elvin İmamlı, 1. Asim Abdullazadə, 6. İbrahim Qədirzadə, 24. Boris Babayev, 16. Ricat Qarayev, 2. Tural Əjdərli, 8. Ərziman Rizvanov, 18. Süleyman Əhmədov, 20. Emin Səfixanov, 23. Hacı Hacıyev, 12. Mir-Emil Həsənov
Vurulmayan penalti: Fərid Nəbiyev, 45