
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərinə gəlib. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, federasiya rəsmisi hazırda 16 yaşadək futbolçulardan ibarət yığmamızın Belarusun U-17 yığması ilə keçirdiyi yoxlama matçını izləyir.
E.Məmmədov stadiona "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevlə gəlib.
Onun bu axşam əsas millimizin Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşündə də iştirakı nəzərdə tutulub.









































































