
Üçüncü döyüş 64 kq çəkidə Heybətulla Hacəliyevlə Arkon Dias arasında baş tutub. Bu döyüş də boksçumuzun diktəsi ilə keçib. Dördüncü raundda Hacəliyev Diası bir zərbə ilə yerə sərib. Yekunda isə hakimlərin yekdil qələbə rəyi "Baku Fires" üzvünün xeyrinə olub. Bununla da Azərbaycan klubu son 2 döyüşün nəticəsindən asılı olmayaraq, qələbəni təmin edib. Amma bütün döyüşlərindən qalib ayrılmaq istəyən "Baku Fires" növbəti qarşılaşmalarda da irəli atılıb.
Dördüncü döyüşdə Jaba Xositaşvili ilə Barrera Korbaj 75 kq çəkidə üz-üzə gəlib. Bu görüş elə də maraqlı alınmayıb. Yekunda hakimlərin yekdil rəyi ilə Xositaşvili qələbə qazanıb.
Nəhayət, sonuncu qarşılaşma 91 kq çəkidə Əbdülqədir Abdullayevlə Villi Kyakone arasında keçirilib. Görüş gərgin başlayıb. Kyakone təsəlli qələbəsi qazanmağa çalışsa da, ilk raunddaca aldığı güclü zərbədən yerə yıxılıb. Nəticədə iki komandanın döyüşündə növbəti nokaut qeydə alınıb. Bununla da döyüş "Baku Fires"in möhtəşəm qələbəsi ilə yekunlaşıb - 5:0.
"Baku Fires" - "Caciques Venezuela” - 5:0
49 kq. Cavid Dadaşov - Martinez Kordova - +:- (texniki nokaut)
56 kq. Məhəmməd Qurbanov - Villaviçenzio Rodriges - 3:0
64 kq. Heybətulla Hacəliyev - Arkon Dias - 3:0
75 kq. Jaba Xositaşvili - Barrera Korbaj - 3:0
91 kq. Əbdülqədir Abdullayev - Villi Kyakone - +:- (nokaut)