
Ağırlıqqaldırma üzrə bolqarıstanlı olimpiya çempionu Milen Dovrev evindən ölü vəziyyətdə tapılıb. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançını valideynləri aşkarlayıblar.
Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, ölünün üzərində zorakılıq əlamətləri olmayıb. Lakin Dobrevin dünyasını dəyişmə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, Milen Dobrev 94 kq çəki dərəcəsində 2004-cü il Afina Yay Olimpiya Oyunlarında və 2003-cü il dünya çempionatında qızıl medal qazanıb. O, birdən 187,5 kq, təkanla 220 kq ağırlıq qaldıraraq, iki hərəkətin cəmində 407,5 kq nəticə göstərib. Həmin olimpiadada bu çəkidə Azərbaycanı 2 atlet - Əlibəy Səmədov və Nizami Paşayev təmsil edib. Səmədov 15-ci yeri tutsa da, Paşayev uğursuzluğa düçar olub.