Türkiyə I Liqasında XXV turun görüşləri keçirilir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserispor" səfərdə "Dənizlispor"u məğlubiyyətə uğradıb - 3:1.
Sonadək meydanda olan Ağayevin qapısından yeganə topu 9-cu dəqiqədə Tsvetan Genkov vurub. Fasilədən sonra Mert Nobre 60 və 82-ci, İbrahim Dağaşan 90+5-ci dəqiqədə fərqlənərək, "sarı-qırmızılar"ın qələbəsini təmin edib. "Dənizlispor"un heyətində Rail Məlikovun adı "18-liy"ə belə salınmayıb.
"Manisaspor" isə evdə "Şanlıurfaspor"a yenilib - 1:2. Meydan sahiblərinin yeganə topunun müəllifi 20-ci dəqiqədə yığmamızın sabiq hücumçusu Branimir Subaşiç olub.
Saat 18:00-da Mahir Şükürovun komandası "Karşıyaka" "Samsunspor"un qonağı olacaq. Şükürov start heyətdə meydana çıxacaq. Tura martın 23-də Cəmşid Məhərrəmovun klubu "Adanaspor" "Altınordu"nun qonağı olacaq.
İlk oyun günündə azərbaycanlı futbolçulardan heç biri meydana çıxmayıb. Vaqif Cavadovun ehtiyatda qaldığı qarşılaşmada "Boluspor" səfərdə "Giresunspor"u yenə bilməyib - 0:0. Cavid İmamverdiyevin "18-liy"ə salınmadığı görüşdə isə "Elazığspor" səfərdə "Adana Dəmirspor"a yenilib - 1:2.