1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fənərbağça" daha bir derbini qazandı
Türkiyə Superliqasında XXV tura "Fənərbağça" - "Beşiktaş" derbisi ilə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib.
Sonadək müdafiə taktikasına sadiq qalan qonaqların məqsədi isə çətin səfər matçından heç-heçə ilə ayrılmaqdan ibarət olub. Hətta bundan ötrü "qara qartallar" vaxtı müxtəlif vasitələrlə "öldürməkdən" də çəkinməyib. Amma oyunun ilk uzatma dəqiqəsində Mussa Sou dəqiq zərbə ilə "Fənər"ə vacib qələbə qazandırıb - 1:0.
Bu nəticədən sonra "Beşiktaş" 54 xalla 2-ci pillədə qalıb. Xallarını 53-ə çatdıran "Fənərbağça" 3-cü pillədə qalıb. Turnir cədvəlinə isə 55 xalla "Qalatasaray" başçılıq edir.
Qeyd edək ki, görüş gərgin anlara da səhnə olub. Bir neçə dəfə futbolçular arasında münaqişə baş verib. İlk yarının sonlarında isə fitə basılmasından narazı qalan "Fənərbağça"nın futbolçusu Emmanuel Emenike əvəzlənməsini istəyib. O, meydanı tərk etdikdən sonra paltardəyişmə otağına yox, evinə yollanıb.