Polşanın Valbrzix şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, bu yaş kateqoriyası üzrə ilk dəfə təşkil olunan qitə birinciliyinin üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb.
Yığmamız 3 çəki dərəcəsində təmsil olunub. Onlardan Alyona Kolesnik bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək, finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq çempion olub.
48 kq
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0
Təsəlliverici görüş - Patimat Baqomedova - Vanesa Kaladzinskaya (BLR) 2:5
55 kq
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser ((SUI) - Alyona Kolesnik 0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova (BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona Kolesnik 0:12 (təmiz qələbə)
69 kq
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4.