Polşa çempionatında baş verən qarşıdurma nəticəsində polis bir fanatı öldürüb. Sportnet.az-ın məlumatına görə, Knuruv şəhərində keçirilən yerli "Konkordiya" ilə "Rux" (Radzenkuv) görüşündə azarkeşlər arasında baş verən qarşıdurmada polislər rezin güllələrdən atəş açıblar.
Nəticədə azarkeşlərdən birinin boğazına tuş gələn güllə onun arteriyalarındakı qan dövranını pozub. Fanata ilkin tibbi yardım göstərildikdən sonra onu xəstəxanaya çatdırıblar. Lakin həkimlər 27 yaşlı azarkeşi xilas edə bilməyiblər.
Fanatın ölümündən sonra yüzlərlə insan həmin xəstəxana və polis bölməsinin qarşısına toplaşaraq polislə haq-hesab çürütməyə cəhd göstərib. Toplaşanlardan bir neçəsi "Molotov kokteyli"ndən istifadə edib. Qarşıdurma nəticəsində bir neçə polis xəsarət alıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |