Bakıda keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycanın daha bir cüdoçusu medal qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımovdur.
Qasımov ABŞ, İsrail və Portuqaliya təmsilçilərini yendikdən sonra həlledici görüşdə iştirak hüququna yiyələnib. Onun son rəqibi rusiyalı Adlan Bisultanov olub. Görüşün əvvəllərində hər iki cüdoçuya şido xəbərdarlığı edilib. Görüşün sonlarına yaxın Qasımov yuko xalı ilə geri düşüb. Sona doğru daha bir şido alan Qasımov uduzaraq, gümüş medalla kifayətlənib.
100 kq çəkidəki digər cüdoçumuz Elxan Məmmədov isə 1/4 finalda məhz Bisultanova uduzduğu üçün finala adlaya bilməyib. O, təsəlliverici görüşdə portuqaliyalı Jorje Fonsekaya da yenilərək, 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması "Böyük dəbilqə" turnirini 2 qızıl, 1 gümüş medalla başa vurub. Qızıl medalları daha öncə Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) qazanıb.