
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Braziliyanın Rio de Janeyro şəhərindəki "UFC Fight Night 261" gecəsində braziliyalı Çarlz Oliveyraya qarşı döyüşə çıxa bilməyəcək.
Sportnet.az-ın MMA Fighting-ə istinadən məlumatına görə, Fiziyev zədələnib.
Lakin bu barədə rəsmi məlumat hələlik UFC-yə verilməyib.
Fiziyev - Oliveyra qarşılaşması gecənin əsas döyüşü olmalı idi. UFC promouşeninin nümayəndələri hazırda braziliyalı döyüşçüyə yeni rəqib tapılması üçün fəal axtarışdadırlar.
Qeyd edək ki, Rafael Fiziyev sonuncu döyüşünü iyunda Bakıda "ABC 8" gecəsində Çilidən olan İqnasio Baxamondesə qarşı keçirib. Onun hesabında 13 qələbə və 4 məğlubiyyət var.