Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasında baş məşqçi məsələsi ilə bağlı suallara tezliklə aydınlıq gətiriləcək.
Bu barədə Sportnet.az-a federasiyanın baş katibi Pərvin Piriyev məlumat verib.
Onun sözlərinə görə, hazırda axtarışlar davam edir. Piriyev əvvəlki baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırmalarının səbəbini də açıqlayıb: "Tarakanovla müqaviləni qarşılıqlı anlaşma əsasında başa çatdırdıq. O, kifayət qədər yaxşı, təcrübəli mütəxəssis idi. Gözləntilərimiz və hədəflərimiz bir qədər fərqlidir. Bu istiqamətdə yeni baş məşqçi axtarışındayıq. Hələlik onun kimliyi ilə bağlı məlumat verməmişik. Amma axtarışlarımız davam edir".
Qeyd edək ki, Azərbaycan millisinə iranlı Məhəmməd Bənanın baş məşqçi təyin olunacağı gözlənilir.















































































