1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİDE Kasparovu cəzalandırdı
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov FİDE (Beynəlxalq Şahmat Federasiyası) ilə əlaqəli istənilən fəaliyyətdən 2 il müddətinə kənarlaşdırılıb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, FİDE-nin sinqapurlu sabiq baş katibi İqnatius Leonq da eyni cəzanı alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ötənilki prezident seçkisindən öncə, bu vəzifəyə namizəd olan H.Kasparovla FİDE-nin o dövrdəki baş katibi İ.Leonq müqavilə bağlayıb. Dünya çempionu Asiya regionu üzrə federasiya adından ona səslərin verilməsi qarşılığında sinqapurlu funksionerə 500 min dollar ödəyib. Amma yekunda o uduzub və təşkilatın rəhbəri postuna Kirsan İlümjinov yenidən seçilib. FİDE H.Kasparovla İ.Leonqu qurumun mənəviyyat kodeksini pozmaqda da günahlandırıb.
Qeyd edək ki, Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub. Bir sıra müxalifətçi hərəkatların sıralarına qatılıb. Əslən bakılı sabiq dünya çempionu hazırda FİDE-də heç bir vəzifə tutmur.