
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi səhnəyə çıxıb. Sportnet.az-ın məlumatına görə, Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb.
25 yaşlı idmançı təsnifat mərhələsində 623 xalla 37-ci yeri tutub. Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.
İki oxatanın mübarizəsi avqustun 10-da saat 00:57-də start götürəcək.
----------------------------------------------------------------------------------------
00:05. Azərbaycan idmançısı "Rio-2016"da mübarizəyə başlayır
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarından ilk olaraq, Olqa Senyuk qüvvəsini sınayacaq. Sportnet.az-ın məlumatına görə, kamandan oxatma yarışları bu gün Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Olimpiadanın ilk yarış günündə təsnifat atışları olacaq. Təkbətək atışda ən yaxşı nəticə göstərən 64 idmançı növbəti mərhələyə yüksələcək. Növbəti mərhələ 9 - 11 avqustda olacaq.
Yarışlar Sambodrom meydanında keçiriləcək.
Qeyd edək ki, kamandan oxatma yarışları avqustun 12-dək davam edəcək.