Azərbaycanın qadın voleybolçusu Valeriya Məmmədova Avropa çempionatının "arzular komandası"na düşüb. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı idmançı Azərbaycan və Gürcüstanda keçirilmiş çempionatın ən yaxşı liberosu sayılıb.
Simvolik komandada ümumilikdə 8 voleybolçu yer alıb. Onlardan hərəyə 3-ü çempion Serbiya ilə finalçı Hollandiyanı təmsil edib. Daha bir voleybolçu isə bürünc mükafatçı Türkiyə millisinin üzvüdür.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub.









































































