1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçumuz olimpiadada medal qazandı
Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, son olaraq Nurlan Səfərov 60 kq çəkidə bürünc medal uğrunda görüşə çıxıb.
O, misirli Marvan Mamdu Məhəmmədlə görüşü qələbə ilə başa vurub- 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).
Beləliklə, Nurlan Səfərov olimpiadada bürünc medal qazanıb.
Qeyd edək ki, digər boksçu Nicat Həsənov (69 kq) bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.