Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə bu gün görüşəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Ə.Çəlikəl vitse-prezidentin İsveçrəyə, sadəcə, UEFA rəsmiləri ilə görüş təyin etmək üçün getdiyini bildirib.
Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.