Azərbaycan idman ictimaiyyətinə itki üz verib.
Sportnet.az xəbər verir ki, uzun illər Azərbaycan Stolüstü Tennis Federasiyasında müxtəlif vəzifələrdə çalışmış İbrahim Efendiyev 90 yaşında dünyasını dəyişib.
Mərhum idman mütəxəssisi 2005 - 2014-cü illərdə federasiyanın baş katibi, 2014 - 2019-cu illərdə isə federasiya prezidentinin müşaviri vəzifələrini yerinə yetirib. ASTF İbrahim Efendiyevin ölümündən təsirləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə səbr diləyir.
Allah rəhmət eləsin!