Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.
----------------
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı finala çıxıb.
Sportnet.az məlumatına görə, 33 kq çəki dərəcəsində mübarizə aparan 14 yaşlı taekvondoçu finalda Maksim Kravçenkoya (Moldova) qalib gələrək adını finala
yazdırıb.
Onun finaldakı rəqibi Özbəkistan təmsilçisi olacaq.
------------
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan medal qazanıb.
Sportnet.az məlumatına görə, 33 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Budaqlı yarımfinala vəsiqə qazanıb.
14 yaşlı taekvondoçu Levi Qavası (Kanada), Dieqo Qerubini (Avstraliya), Conatan Haimi (İsrail) və Nelson Dedeqbeni (Fransa) məğlub edərək artıq bürünc medalı təmin edib.
Qeyd edək ki, 31 iyulda başa çatacaq yarışda bu gün Mehdi Budaqlıdan başqa, İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq), Firəngül Abbaszadə (41 kq) və Şəms Əlizadə (47 kq) də mübarizə aparıb.