Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti bəlli olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu vəzifəyə ARAF-ın baş katibi Bəhruz Nəbiyev seçilib.
Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.
Baş Assambleyanın fevralın 2-də keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.