İdman
Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və
"Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışmasında1/8 finalda qarşılaşacaq daha 1 cütlük
müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, E qrupundan iki iştirakçı –
İlkin Fikrətoğlu və Sənan Abdullayev finiş xəttinə eyni – 2 xalla çatıblar.
Hər iki jurnalistin əlavə göstəriciləri də eyni olduğuna görə, onların arasında püşk atılacaq. E qrupunun qalibi adını isə Ruslan Əmircanov qazanıb.
F
qrupundan isə 2 turdan sonra 1/8 finala yüksələcəyini təmin etmiş Oqtay
Abdullayevə Yaşar Seyidovov da qoşulub.
Beləliklə, Ruslan Əmircanov - Yaşar Seyidov 1/8 finalda üz-üzə gələcəklər.
Digər cütlükdə isə Oqtay Abdullayev İlkin Fikrətoğlu və ya Sənan Abdullayevlə qarşılaşacaq.
F qrupu. Nigeriya – Argentina 2:3
Oqtay Abdullayev (futbol veteranı) - 0:1 - Qalibi və top fərqini düzgün
müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
Yaşar Seyidov (futbol funksioneri) –
1:2 -Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal
yazdırıb.
F qrupu. Bosniya və Herseqovina – İran
3:1
Ceyhun Əliyev (jurnalist) – 1:0 - Qalibi düzgün məyyənləşdirib. Akitivinə 1 xal yazdırıb.
Vüsal Əliyev (hakim) – 2:0
-Qalibi və top fərqini düzgün müəyyənləşdirib. Aktivinə 2 xal yazdırıb.
F qrupu
Oqtay Abdullayev (futbol veteranı) – 8
Yaşar Seyidov (futbol funksioneri) – 4
Vüsal Əliyev (hakim) - 2
Ceyhun Əliyev (jurnalist) - 2
E qrupu. Honduras – İsveçrə 0:3
Ruslan Əmircanov (futbolçu) – 1:2 -Qalibi düzgün məyyənləşdirib. Akitivinə 1 xal yazdırıb.
İlkin Fikrətoğlu (jurnalist) – 0:2 -Qalibi düzgün məyyənləşdirib.
Akitivinə 1 xal yazdırıb.
E qrupu. Ekvador – Fransa 0:0
Vaqif Qasımov (futbol funksioneri) – 0:2 -
Qalibi düzgün müəyyənləşdirməyib. Xal ehtiyatını artıra bilməyib.
Sənan Abdullayev (jurnalist) – 0:1 -Qalibi düzgün müəyyənləşdirməyib. Xal ehtiyatını artıra bilməyib.
E qrupu
Ruslan Əmircanov (futbolçu) – 3
Sənan Abdullayev (jurnalist) – 2
İlkin Fikrətoğlu (jurnalist) – 2
Vaqif Qasımov (futbol funksioneri) - 0
Qeyd edək ki, daha öncə dörd 1/8 final cütlüyü müəyyənləşib:
Rail Məlikov (4) - Zamiq Hüseynov (3)
Anar Salmanov (4) - Rüstəm Rəhimov (3)
Əliyar Ağayev (4) - Ceyhun Sultanov (3)
Tural Xudiyev (5) - Georgi Nikolov (2)