
Dünya çempionatının ilk 1/8 final qarşılaşaşmalarını idarə edəcək hakimlərin adları məlum olub. Sportnet.az-ın məlumatına görə, iyunun 28-də baş tutacaq Braziliya - Çili görüşünü ingiltərəli Hovard Ueb idarə edəcək.
Bu mundialda Ueb Kolumbilya - Kot d İvuar (2:1) görüşündə baş hakim funksiyasını yerini yetirib.
"Ple-off" mərhələsinin ilk oyun gününün digər - Kolumbiya - Uruqvay matçında ədaləti hollandiyalı Byorn Kaypers qoruyacaq. O, qrup mərhələsində İtaliya - İngiltərə (1:2) və İsveçrə - Fransa (2:5) oyunlarını idarə edib.
Qeyd edək ki, Ueb DÇ-2010-un, Kaypers isə Çempionlar Liqasının builki final görüşünün baş hakimi olub.